Lənkəran rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində qeydə alınıb.
Məlumata görə, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb. Daha sonra həmin silahla özünə atəş açaraq həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta