Bakı. Trend:
21 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Başnazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasındatelefon danışığı baş tutub.
Trend xəbər verir ki, bubarədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yaylb.
Telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıqmünasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfliəməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habeləqarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlikvəziyyəti müzakirə olunub.
Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar,Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər,eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikirmübadiləsi aparılıb.