ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
"Humanitar və təbiət elmləri arasında “anlaşılmazlıq divarı” var"
"“Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır”. Bunu Firudun bəy Köçərli deyir. Hər bir dilin 3 təməl elementinin olduğu irəli sürülür. Bu 3 təməl element sintaksis, semantika və praqamatika kimi tanınır. Sintaksis, bir dilin istifadəsini müəyyən qaydalar komleksidir. Məsələn Azərbaycanca dil bilgisi, Azərbaycan dilinin sintaksisidir. Semantik element isə məna problemi ilə bağlıdır. Dilin sintaksisi, dilin simvolları arasında necə əlaqə qurulduğunun qaydalarını təmin edər, semantikası isə simvolların və simvol qruplarının mənalarını əhatə edir".
Sherg.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev deyib. Onun sözlərinə görə, bu çərçivədə, dilin sintaksis və semantik elementlərinin sosial göstəriciləri müəyyən etdiyi irəli sürülür:
"Praqmatika isə insanın yəni fərdin dilin işlətmə azadlığı kimi müəyyən edilir. İnsanlar aralarında anlaşa bilmələri üçün bir qayda və məna müştərəkliyinə və ya uzlaşmasına ehtiyac duyurlar; amma eyni zamanda, fərd dili nisbi azadlıq içində işlədə bilməkdədir, məsən bir fərd sırf özünəməxsus metaforalarla mənalandırma, yaxud təyinetmə edə bilməkdədir. İnsanın dili istifadə etməsindəki bu azadlıq həm lazımlıdır həm də qaçılmazdır.
Etibar Əliyev qeyd edir ki, sonrakı mərhələdə dilin fəlsəfəsi mühüm rol oynamalıdır:
"Bu paradiqma ola bilsin ki, sadə görünsün: dil təkcə təsvir etmir, həm də şüuru və təfəkkürü formalaşdırır. Qərbdə orta məktəblərdə “Məktəbli fəlsəfəsi” fənni tədris olunur. Bu fənn şagird təfəkkürünün formalaşmasında mühüm rol oynayır.
Bəli bizim dilimiz gözəl dildir. Ancaq praqmatik elementdə ciddi problemlər var. Humanitar elmlərin nümayəndələri ilə təbiət elmlərinin nümayəndələri arasında anlaşılmazlıq divarı mövcuddur. Konfranslara və keçirilən iclaslara diqqət edin. Oxşar çıxışlar, hamının bildiyi şablon ifadələr adamı yorur. Dil ilə bağlı keçirilən bütün iclaslarda eyni şəxslərin çıxış etmələri dilin praqmatikliyinə mənfi təsir göstərir. Polimat (çxoelmlilik) insanların dinlənilməsi dilə yeni nəfəs verə bilər".
Bəs, dilimizin mənəvi saflığının qorunmasının məsuliyyətini kim daşımalıdır?
Təhsil eksperti vurğulayır ki, dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır yönəlidilir:
"Cəmiyyət, yazıçılar, dilçilik institutları üzrələrinə düşən vəzifələri yerinə yetirə bilirlərmi? Son həlledici faktor dövlətdir. İntensiv diskussiyalar Dövlət başçısı cənab İlham Əliyevin çağırışlarından sonra intensivləşib. Dövətin dilə qayğısı göz önündədir...
Etibar Əliyev zəruri qeydini də edir: "Dilin fenomenologiyası da düşündürücü mövzudur. Yaxın günlərdə bu mövzu barədə yazmağı düşünürəm".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.