AZ

İsrail ordusu Livanda bu hədəflərə zərbələr endirir

İsrail Müdafiə Qüvvələri (IDF) Livana endirdiyi zərbə "Hizbullah" təşkilatının hərbi qanadının raket bölmələrinin potensialını zəiflətməyə yönəlib.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, zərbələr ölkənin şərqindəki Baalbek rayonunda "Hizbullah"ın üç qərargahına endirilib. Qurumun məlumatına görə, hücum nəticəsində "Hizbullah"ın raket bölmələrinin bir neçə üzvü zərərsizləşdirilib.

"Hizbullah"ın raket bölmələri İsrail dövlətinin ərazisinə raket və mərmilərin atılmasına cavabdeh olan strukturdır və son vaxtlar onlar İsrail ərazisinə doğru bu növ buraxılışlar planlaşdırırdılar", - deyə bəyanatda bildirilir.

Seçilən
17
publika.az

1Mənbələr