AZ

Faciəli şəkildə həlak olan yanğınsöndürənin anası: Gözləyirdik ki, işdən gələcək VİDEO

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub.

Biri ölüb, digəri xəsarət alıb.

Hadisə nəticəsində 42 yaşlı yanğınsöndürən Hakim Piriyev həlak olub.

Mərhumun anası Şərqiyyə Piriyeva hadisə barədə Baku TV-yə danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Mənə dedilər ki, əzilib. İşdə olub, əzilib. Balam sevinə-sevinə maşın aldı, maşınla balalarını məktəbə aparıb gətirirdi, sevinə-sevinə işə gedirdi. Balamı gözümlə gördüm meyitxanada. Gözlərim görməyəydi".

Mərhumun atası Şahlar Piriyev isə baş verənlərlə bağlı bunları deyib:

"Gözləyirdik, işdən gələcəkdi. Həmişə gəlirdi, gözləyirdik. Gəlib çatmadı".

Hadisə zamanı Salyan rayonunun Xocalı kənd sakini, 37 yaşlı Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ambulator müalicə üçün evə buraxılan Elşən Tağıyev hadisəni belə xatırlayır:

"Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Hava dumanlı olduğu üçün hadisə baş verdi. Yanğını söndürürdük, o da bərk gəldi, vurdu bizi".

20 ilə yaxın müddətdə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində xidmət edən Hakim Piriyev peşəsinə sadiq xilasedici kimi tanınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
cebheinfo.az

3Mənbələr