AZ

Eyyub Yaqubov tanınmaz halda gənclik illərindəki... VİDEO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti Eyyub Yaqubovun gənclik illərinə aid arxiv videosu sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.

Milli.Az xəbər verir ki, 1991-ci ilə aid olduğu bildirilən kadrlarda sənətçi pianoda ifa edərək canlı mahnı səsləndirir.

Görüntülərdə Eyyub Yaqubovun həm ifa tərzi, həm də səhnə davranışı diqqət çəkir. İzləyicilər xüsusilə sənətkarın gənclik enerjisini və yaraşıqlı görünüşünü vurğulayıblar. Paylaşımların altında "Xarizmatik olub", "Gənclik illərində çox yaraşıqlı imiş", "Canlı ifası möhtəşəmdir" kimi çoxsaylı rəylər yer alıb.

Kadrlarda müğənninin pianoda müşayiətlə mahnını canlı oxuması onun musiqi duyumunu və peşəkarlığını bir daha nümayiş etdirir. Bir çox izləyici qeyd edib ki, illər keçsə də, sənətkarın səsi və ifa üslubu özünəməxsusluğunu qoruyub saxlayıb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
44
news.milli.az

10Mənbələr