AZ

Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI: Milyonluq dövriyyə, sıfır mənfəət

Antiinhisar araşdırması və sanitariya pozuntuları

Məlumatlara görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində pozuntularla bağlı araşdırma aparıb və “Pro-Mart” MMC barəsində inzibati icraat açılıb.

Bundan əlavə, “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi zamanı mağazalarda sanitariya qaydalarının pozulduğu rəsmi açıqlamalarda bildirilmişdi. Bu isə artıq maliyyə yox, ictimai təhlükəsizlik məsələsidir.

Sual açıqdır

Bu gün ortada bir neçə paralel fakt var:

Yüz milyonluq dövriyyə və simvolik mənfəət.

Vergi yoxlamaları və vergidən yayınma iddiaları.

Gömrük xətti üzrə səslənən ittihamlar.

On milyonlarla manatlıq təchizatçı borcu.

Əməkhaqqı problemləri.

Sanitariya və istehlakçı hüquqları ilə bağlı pozuntular.

Bu faktlar ayrı-ayrılıqda təsadüf sayıla bilər. Amma hamısı eyni strukturun içində baş verirsə, artıq söhbət sistemdən gedir.

Anar Əlizadə və Adnan Əhmədzadə bu sistemin əsas benefisiarları və qərarverici şəxsləridir. İctimaiyyət qarşısında əsas sual budur: 141 milyon manatlıq dövriyyə haraya gedir və niyə bu qədər böyük şəbəkə kağız üzərində demək olar ki, qazanc gətirmir?

Vergi yoxlamalarının yekun nəticəsi bu sualların hüquqi cavabını verəcək. Amma artıq iqtisadi və məntiqi suallar cəmiyyət qarşısında açıq şəkildə dayanır. Yenicag.az

Seçilən
15
dogru.az

1Mənbələr