AZ

“Qarabağ”lı hücumçu milliyə Belarus üzərində qələbə qazandırdı

Azərbaycanın U-18 millisi Beynəlxalq İnkişaf Turnirində 3-cü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb.

U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə "Qarabağ"lı hücumçu Əli Bəşirov vurub.

Seçilən
22
1
sportinfo.az

2Mənbələr