AZ

Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb.

Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədən taksi fəaliyyətində, eləcə də turizm bələdçisi xidmətləri sahəsində işləməsinə icazə verilməyəcək. Qadağa yalnız muzdlu əmək fəaliyyətinə deyil, həm də bu sahələrdə sahibkarlıq fəaliyyətinə şamil olunur.

Bununla yanaşı, 2026-cı ildə bələdçi, o cümlədən xizək bələdçisi kimi fəaliyyət göstərə biləcək xarici vətəndaşların sayı 200 nəfərlə məhdudlaşdırılacaq.

Əcnəbilərin digər sahələrdə işə cəlb edilməsi üçün işəgötürənlər müraciət etməzdən ən azı 10 iş günü əvvəl vakant iş yeri barədə məlumat yerləşdirməlidirlər. Bu tələb əmək miqrasiyası ilə bağlı prosedurun bir hissəsi olacaq.

Bundan əlavə, martın 1-dən etibarən Gürcüstanda işləmək istəyən bütün xarici vətəndaşlardan xüsusi iş icazəsi tələb olunacaq. Həmin icazə iş məqsədli yaşayış icazəsinin verilməsi üçün əsas sayılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
oxu.az

2Mənbələr