ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) qaliblərinin adları fevralın 22-də açıqlanacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Londondakı "Southbank" İncəsənət Mərkəzində keçiriləcək 79-cu təqdimetmə mərasiminin aparıcısı şotlandiyalı aktyor Alan Kemminq olacaq.
Nominasiyalar üzrə lider "Döyüşdən döyüşə" filmidir (rejissor Pol Tomas Anderson). Film 14 nominasiya, o cümlədən "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı kişi rolu" (Leonardo Di Kaprio), "Ən yaxşı qadın rolu" (Çeyz İnfiniti), "Ən yaxşı ikinci plan kişi rolu" (Benisio del Toro, Şon Penn) və "Ən yaxşı ikinci plan qadın rolu" (Tiyana Teylor) üzrə irəli sürülüb.
İkinci yerdə 13 nominasiya ilə "Günahkarlar" (rejissor Rayan Kuqler) filmidir. "Hamnet" (rejissor Xloya Çjao) və "Möhtəşəm Marti" (rejissor Eli Buş) filmləri isə hər biri 11 nominasiyada yer alır. Bu dörd film "Ən yaxşı film" kateqoriyasında danimarkalı rejissor Yoakim Trierin "Sentimental dəyər" filmi ilə yarışacaq.
Əsas nominasiyalar üzrə namizədlər:
"Ən yaxşı kişi rolu": Leonardo Di Kaprio, Timoti Şalame ("Möhtəşəm Marti"), İtan Houk ("Mavi Ay"), Maykl B.Cordan ("Günahkarlar"), Cessi Plemons ("Buqoniya").
"Ən yaxşı qadın rolu": Cessi Bakli ("Hamnet"), Emma Stoun ("Buqoniya"), Rouz Birn ("Bacarsam, səni təpikləyərdim"), Keyt Hadson ("Onların arzularının melodiyası"), Çeyz Infiniti, Renate Reynsve ("Sentimental dəyər").
Ən yaxşı əcnəbi film: "Sentimental dəyər", "Sadə təsadüf" (rejissor Cəfər Pənahi), "Gizli agent" (rejissor Kleber Mendonsa Filyu), "Sirat" (rejissor Oliver Laks), "Hind Rəcəbin səsi" (rejissor Kautera Ben Hanya).
Ən yaxşı Britaniya filmi: "Hamnet", "28 il sonra, "Uollis adasının balladası", "Bricit Cons: Oğlanın dərdindən dəliyəm", "Öl, eşqim", "Mən - şahinəm", "Mən söyüş söyürəm", "Cənab Berton", "Yəhər", "Stiv" (2025).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.