AZ

“Qarabağ”ın hücumçusu millidə FANTASTİK qola imza atdı, hamı ondan danışır - VİDEO+FOTO

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən Beynəlxalq İnkişaf Turnirində bu gün növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan yığmamız ev sahibi Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarus Futbol Federasiyasının məşq meydançasında baş tutan gərgin mübarizə millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə və qalibiyyət qolunu oyunun 42-ci dəqiqəsində "Qarabağ"lı hücumçu Əli Bəşirov rəqib qapısından keçirib.

Mmillimiz bundan əvvəlki oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.

Seçilən
3
1
sportinfo.az

2Mənbələr