AZ

Rusiya uğursuzluğa düçar oldu, istədiyini əldə edə bilmədi

ain.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna ordusu “Avropanın ən böyük və ən güclü ordusu” və “təsəvvür edilən və edilməyən bütün miqyasları aşan müharibə” ilə üz-üzə qalaraq dayanıqlığını nümayiş etdirib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Le Monde” qəzetinə müsahibəsində bildirib.

2025-ci ildən danışan Sırski qeyd edib ki, hərbi vəziyyət daha da pis ola bilərdi.

Eyni zamanda o, cəbhələrdəki çətinlikləri inkar etməyib, lakin bildirib ki, Rusiyanın məqsədləri daha iddialı idi.

Baş komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində cəsarətli Kursk əməliyyatını həyata keçirməsəydi, nəticələr Ukrayna üçün daha dağıdıcı ola bilərdi:

“Rusiya 2025-ci ildə genişmiqyaslı hücum əməliyyatı keçirmək üçün öz qoşunlarını hazırlamışdı”.

Sırski xatırladıb ki, Rusiya bütün Donbası, Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərinin ərazilərini ələ keçirmək, həmçinin Xarkov və Sum vilayətlərində bufer zona yaratmaq istəyirdi, lakin uğursuzluğa düçar olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
axar.az

1Mənbələr