İran hökuməti Aİ ölkələrinin hava və dəniz qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında bildirlib.
Fevralın 19-da Aİ Şurası İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.
İran Xarici İşlər Nazirliyi qərarın əks tədbirlər haqqında qanuna əsasən verildiyini bildirib. Nazirlik ABŞ-nin qərarını dəstəkləyən digər ölkələrə qarşı da tədbirlərin nəzərdə tutulduğunu vurğulayıb.