AZ

Ukraynada baş verən partlayışlar “terror aktı” kimi araşdırılır

Bazar günü səhər tezdən Ukraynanın qərbində yerləşən Lvov şəhərində baş verən partlayışlar nəticəsində ölüm hadisəsi qeydə alınıb, onlarla insan yaralanıb. Rəsmilər hadisəni “terror aktı” kimi qiymətləndiriblər...

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Lvov vilayət prokurorluğunun məlumatına görə, partlayışlar polis əməkdaşları məlumat əsasında hadisə yerinə gedərkən baş verib.

Bildirilib ki, ilk partlayış polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra baş verib, ikinci partlayış isə əlavə polis briqadası gəldikdən sonra qeydə alınıb.

Hücum nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub. Prokurorluğun məlumatına əsasən, patrul avtomobili və mülki nəqliyyat vasitəsi də zədələnib.

Lvov vilayət prokurorluğu “ağır nəticələrə səbəb olan terror aktı” faktı üzrə istintaqa başladığını açıqlayıb, lakin hadisənin dəqiq şəraitinin hələlik aydın olmadığını bildirib.

Lvovun meri Andriy Sadovıy Facebook-da paylaşımında “Bu, şübhəsiz ki, terror aktıdır” deyə yazıb.

Hücumun kim tərəfindən törədildiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Poliqon.info

Seçilən
16
7
poliqon.info

10Mənbələr