Ermənistanın Tavuş bölgəsinin sakini, 20 yaşlı müqaviləli əsgər Aram Xaçatryan Sevanda (Göyçə) öldürülb.
Publika.az xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.
Hadisə 21 fevral günortadan sonra şəhərin mərkəzi meydanında baş verib. Nəşrin məlumatına görə, gənc oğlan telefonla Sevana dəvət olunub və görüş yerinə çatanda ona bıçaqla hücum edilib. Aldığı yaralar ölümcül olub.
İki şübhəlinin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır.
News.am-ın məlumatına görə, altı aylıq xidmətdən sonra Xaçatryan "Vətən Müdafiəçisi" proqramına müraciət edib və son üç ayı evinin yaxınlığında yerləşən hərbi hissədə xidmət edib. O, hadisədən iki gün əvvəl növbədən qayıdıb.