Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin Viskonsin ştatında təcili yardım maşınını oğurlayan bir kişi həbs edilib.
Oğrunun Benjamin Feltz olduğu müəyyən edilib.
“Cebheinfo.az” xəbər verir ki, o, tamamilə çılpaq şəkildə park edilmiş təcili yardım maşınının sükanı arxasına keçib. Həmin vaxt içəridə iki təcili yardım işçisi xəstəyə kömək edirmiş.
Onlardan biri Feltzi görəndə onu zorla maşından çıxarmaq üçün qaçıb. Lakin çılpaq kişi qaz pedalını basıb. İkinci təcili yardım işçisi Feltzi saxlamağa çalışıb, lakin o da maşından zorla çıxarılıb.
Tibb işçiləri dərhal hadisə barədə polisə məlumat veriblər. Təqib başlayıb. Feltz polis maşınlarından və onların tələlərindən yayınmağı bacarıb. Bu vaxt polis xəstənin vəziyyətini izləmək üçün təcili yardım maşınını dronla izləyib. Nəticədə çılpaq oğrunu saxlaya biliblər. O, qeyri-müəyyən müddətə həbs edilib.
Xəstə təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabildir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.