AZ

"Tottenhem"in yeni baş məşqçisi komandanı ucuz restorana apardı

"Tottenhem"in yeni təyin olunmuş müvəqqəti baş məşqçisi İqor Tudor 22 fevralda "Arsenal"la keçiriləcək Şimali London derbisindən əvvəl oyunçular üçün şam yeməyi təşkil edib.

Fanat.Az xəbər verir ki, bu barədə "Tibalfootball" məlumat yayıb.

"Yuventus"un keçmiş məşqçisi komandanı "büdcə menyusu" olan şam yeməyi üçün klubun məşq meydançasından 13 km aralıda, "Mousewell Hill"-də yerləşən Yunan-Kipr restoranı "Ousia"ya aparıb.

Quzu ətindən hazırlanan yemək 15 funt sterlinqə başa gəlib. 

Şam yeməyindən sonra oyunçular yaxşı əhval-ruhiyyədə şəkil çəkdiriblər. 

"Tottenhem" hazırda Premyer Liqada 16-cı yeri tutaraq düşmə zonasından cəmi beş xal yuxarıdadır. 

Seçilən
5
1
fanat.az

2Mənbələr