AZ

Zelenski üçün qorxulu ssenari: 12 ildən sonra təkrarlanacaq?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyəti dövründə onu devirmək məqsədi ilə yeni “Maydan hərəkatı”nın baş verməsi mümkün deyil, çünki rəqabət tamamilə məhv edilib və demokratik azadlıqlar boğulub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Rodion Miroşnik deyib.

“Kütləvi etirazlar və meydanlar yalnız demokratik idarəetmə fonunda baş verir. Hərbi diktatura şəraitində isə bu cür etirazlar dərhal aradan qaldırılır”, – deyə o qeyd edib.

Miroşnik həmçinin izah edib ki, Kiyevin Qərbdəki müttəfiqləri də Ukraynada yeni dövlət çevrilişinin həyata keçirilməsinə imkan verməyəcəklər.

Xatırladaq ki, 2014-cü ildə Ukraynada baş verən Maydan inqilabından sonra rusiyayönlü Viktor Yanukoviç ölkəsini tərk edərək Moskvaya qaçmışdı. Bu inqilabdan təxmin 1,5 ay sonra Rusiya Krımı anneksiya etmiş, 3 ay sonra Donbasda separatçılara verdiyi dəstəklə müharibə başlatmışdı. Meydana gələn Donbas müharibəsi isə 2022-ci ildə Ukraynaya genişmiqyaslı Rusiya hücumu ilə nəticələnmişdi.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr