AZ

“Neftçi” rəhbərliyi Banişevskinin məzarını ziyarət edib

Sabah "Neftçi"nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 80 il ötür.

Apasport.az xəbər verir ki, bununla əlaqədar olaraq, “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer, komandanın baş məşqçisi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri Banişevskinin İkinci Fəxri xiyabandakı qəbrini ziyarət ediblər.

“Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” Peşəkar Futbol Klubunun, ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur” – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib.

Mərhumun həyat yoldaşı İnna Banişevskaya da Anatoli Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.

Məzarın önünə “Neftçi” tərəfindən əklil və gül dəstələri qoyulub.

Millimiz Belarusu məğlub edib

Füzuli Məmmədov: “Ağır məğlubiyyət oldu”

Andrey Demçenko: “Futbolçularıma demişdim ki…”

“Araz” Yevlax səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

Amil Yunanov: “Baş məşqçi hörmətsizlik edib”

Seçilən
28
8
apasport.az

9Mənbələr