AZ

Luis Enrike üçün yeni təklif

PSJ baş məşqçi Luis Enrikenin gələcəyu ilə bağlı qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, Paris klubu ispaniyalı mütəxəssisə uzunmüddətli - 2030-ci ilin yayınadək nəzərdə tutulan müqavilə təklif edib.

PSJ-nin rəsmi saytının məlumatında bildirilir ki, Enrikenin mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir. 54 yaşlı çalışdırıcı hazırda yeni müqavilənin şərtlərinin razılaşdırılmasının son mərhələsindədi. Enrike Parisdə özünü rahat hiss edir və növbəti mövsümə problemsiz hazırlaşmaq üçün gələcəyi ilə bağlı qərarını yaya qədər vermək istəyir.

Xəbərdə vurğulanır ki, PSJ rəhbərliyi Enrikeyə təsadüfi olaraq 2030-cu ilə qədər müqavilə təklif etməyib. Belə ki, klubun idman direktoru Luiş Kampuşun da müqaviləsinin müddəti məhz həmin vaxt başa çatacaq.

Seçilən
27
2
football-plus.az

3Mənbələr