AZ

“Xalq artistləri, niyə dillənmirsiniz?” Video

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Səidə Sultan Azərbaycan mədəniyyətinin hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşdığı videoda həmkarlarına səslənərək efirlərdə musiqi mədəniyyətinin pozulmasından şikayətlənən sənətçiləri susqunluqda ittiham edib:

"Heç vaxt belə mövzulardan danışmamışam. Azərbaycan milləti məni illərdir kifayət qədər tanıyır və az da olsa xasiyyətimə bələddir. Bəli, mən emosionalam və bu hisslərim heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə üzə çıxıb. Bundan da heç vaxt sui-istifadə etməmişəm.

Sözüm bütün günü efirlərdə musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınıza su alıb oturmusunuz? Niyə susmusunuz? Xalq artisti adını yalandan alıb xalqın hesabına dolanırsınız, fəxri addan istifadə edirsiniz. Amma əmələ çatanda, lazım olanda xalqın yanında niyə dura bilmirsiniz? Mən şəxsən, Səidə olaraq, bundan sonra ad versələr belə, istəmirəm. Əməlimlə xalqın yanında durmaq istəyirəm, kasıbı, düzü və əyrisi ilə də...

Niyə bu gün dillənmirsiniz ki, Azərbaycan mədəniyyəti günü-gündən pis vəziyyətə düşür? Niyə bu gün Azərbaycan kanallarında corabdan danışılmalıdır? Niyə bəzi qızlardan danışılıb, onlar şan-şöhrət simvolu kimi gələcək nəsillərə “yaxşı əməl” nümunəsi kimi təqdim olunmalıdır? Və onlardan pul alıb tərifləyən aparıcılar... Niyə çıxıb danışmırsınız? Niyə Azərbaycan musiqisini müdafiə etmirsiniz?

Bu gün bizə fürsət verilib, istifadə edin, öz sözünüzü deməyi bacarın. Yaltaqlıq etməyin, yaltaq yaşamayın, ac yaşayın, mərd olun. Mərd yaşayın, kişi kimi yaşayın. Bir toyun xətrinə bu qədər insanı qurban verməyin. Çıxın, sözünüzü deyin. Televiziyalardan tələb edin. Sonra da deyirlər ki, “Televiziyanın prezidenti dedi ki, çıx otel söhbəti elə”. Televiziyalar, siz niyə işləmirsiniz? Ancaq divan və müğənni, başqa mövzumuz yoxdur? Niyə layihələr, fərqli proqramlar düşünmürsünüz?

Barmaq silkələyənlər var, sizə o ixtiyar verilməyib ki, kiməsə nəsil-nəcabəti ilə bağlı hədə-qorxu gələsiniz! Sizə olan artıq olub. Allaha and olsun, Azərbaycan xalqı ilə birləşib sizin üstünüzdən tank kimi keçərəm. Yerinizi bilin! Kənarda nə edirsiniz, öz işinizdir, şəxsi həyatınızdır. Amma heç birinizin bu xalqa ağıl, məsləhət verməyə ixtiyarı yoxdur. Başa düşdünüz?! Üstünüzdən keçərik! Bu milləti görəndə başınızı aşağı salın və işinizi görün".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
axsam.az

5Mənbələr