AZ

Azərbaycan yığması Dünya Kubokunda daha bir medal qazandı

Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda Azərbaycan yığması daha bir medal qazanıb.

Bizim.Media xəbər verir ki, batut gimnastikası üzrə sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova üçüncü yerə çıxıblar.

Aktivinə 42.100 xal yazdıran cütlük bürünc medala layiq görülüblər.

44.470 xal toplayan Türkiyə yığması gümüş, qızıl, 50.31 xal toplayan Sofiya Aliyayeva və Anjela Bladtseva cütlüyü isə qızıl medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl batut gimnastikası üzrə fərdi proqramda çıxış edən gimnastımız Selcan Mahsudova gümüş, tamblinq gimnastikası üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanmışdılar.

Bizim.Media

Seçilən
5
2
bizim.media

3Mənbələr