AZ

İspaniya nəhəngi cərimə ödəyəcək

“Barselona” müəyyən məbləğdə ziyana düşüb.

"Football-plus.az" xəbər verir ki, UEFA İspaniya klubunu cərimələyib.

UEFA-nın saytının yaydığı məlumata görə, “Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda “Slaviya” ilə keçirilən oyuna (4:2) görə 30,5 min avro məbləğində cərimə olunub. İspaniyanın son çempionuna azarkeşlərinin pirotexniki vasitələr yandırmasına görə 15,5 min avro, komandanın meydana gec çıxmasına görə isə əlavə 15 min avro cərimə tətbiq edilib.

Gecikmənin klubun baş məşqçisi Hans-Diter Flikin hərəkətləri ilə bağlı olduğu və ona UEFA tərəfindən xəbərdarlıq edildiyi də vurğulanıb.

Seçilən
11
football-plus.az

1Mənbələr