AZ

Mahirin adı bugünkü oyunun iştirak ərizəsində

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mahirin adı bugünkü oyunun iştirak ərizəsində

Uzun müddətdir zədəli olan "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün meydana çıxa bilər.

QOL.az xəbər verir ki, onun adı 2-ci bundesliqanın 23-cü turunda "Proyssen Munster"lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var. O, ehtiyat oyunçular arasında yer alıb.

Sözügedən oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
qol.az

3Mənbələr