Yazını böyüt
Yazını kiçilt
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy” başa çatıb.
Hafta.az xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edən turnirdə 6 ölkədən 66 gimnast medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışı 6 mükafatla başa vurub.
Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl, fərdi proqramda Selcan Mahsudova gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, kişilərdə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü bürünc medal qazanıb.
Tamblinq üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş mükafata sahib çıxıb.