AZ

"Mən məcburam çılpaq çəkilişlərə gedim"

"Miss Azərbaycan" titulunun sahibi Səmra Hüseynova qatıldığı "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, model səhnə və moda sahəsində fəaliyyət göstərən şəxslərin geyim tərzi ilə bağlı cəmiyyətdə formalaşan yanaşmaya münasibət bildirib.

Onun sözlərinə görə, model və səhnə insanı olaraq bəzən açıq-saçıq və ya çılpaq çəkilişlərə qatılması peşəsinin tələblərindən irəli gəlir:

"Mən modeləm, səhnə adamıyam. Məcburam ki, açıq-saçıq və ya çılpaq geyimlərdə çəkilişlərə qatılım. Verilişə də gələndə elə geyimdə olmalıyam ki, müəyyən dekoltelər olsun. Amma qınağa görə daha qapalı geyinib gəlirəm. Bizi tərbiyəsiz adlandırırlar".

Səmra Hüseynova səhnə insanının cəmiyyətə uyğunlaşmalı olmadığını, əksinə fərqli və cəsarətli olmasının vacib olduğunu vurğulayıb:

"Səhnə insanı cəmiyyətə uyğunlaşmalı deyil, fərqli, 'dəlisov' olmalıdır. Əgər dünya çapına çıxmaq istəyiriksə, bu kimi məsələləri normal qəbul etməliyik".

Model çıxışında beynəlxalq ulduzlarla bağlı müqayisə də aparıb. O, bildirib ki, xarici məşhurların səhnə obrazları alqışlandığı halda, yerli ifaçılar eyni üslubu sərgilədikdə qınaqla qarşılanırlar:

"Cennifer Lopezə baxanda alqışlayırıq, amma özümüzdə görəndə qınayırıq. Hətta əxlaqsız kimi təqdim edirik".

Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi modelin açıqlamalarını dəstəkləsə də, digər qisim daha mühafizəkar mövqe nümayiş etdirib./Milli.az

Seçilən
6
2
bakivaxti.az

3Mənbələr