AZ

“Əl Nəsr”də oynamaq istəyir

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ayntraxt Frankfurt"un yarımmüdafiəçisi Mario Getze Kriştianu Ronaldu ilə birlikdə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynamaq istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Getze 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempioni olub. O, final oyununda Argentinanın qapısına vurulan yeganə qolun müəllifidir.

"Əgər seçimim olsaydı, "Əl-Nəsr"ə gedərdim, çünki Kriştianu Ronaldu orada oynayır. Amma təbii ki, məsələ yalnız bir konkret klubda deyil: yarışın özü və hadisələrin necə inkişaf etməsi də vacibdir, xüsusən də gənc oyunçular üçün", - deyə Getze bildirib.

Bu mövsüm Getze klubun heyətində bütün yarışlarda 25 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
news.milli.az

4Mənbələr