AZ

FT: Yunanıstan Avropanın yeni qaz mərkəzinə çevrilmək istəyir

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazının tədarükündən tamamilə imtina etməyə hazırlaşdığı bir vaxtda Yunanıstan Avropaya, əsasən, ABŞ-dən gələn mayeləşdirilmiş təbii qazın (MTQ) idxalında mərkəzi halqaya çevrilməyə ümid edir.

Aznews.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.

Qeyd olunub ki, Afina Yunanıstanın coğrafi mövqeyi ilə yanaşı, MTQ istehsalı güclərinin genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və Vaşinqtonla sıx əlaqələrin ona Avropa qaz bazarında mərkəzi mövqe təmin edəcəyinə inanır.

Məqalə müəllifləri bildiriblər ki, Yunanıstan həmçinin Bolqarıstana qədər uzanan regionlararası boru kəmərinin tikintisini başa çatdırıb və ölkənin şimalındakı iki yeni kompressor stansiyası hesabına ötürücülük qabiliyyətini artırıb.

"Bu il bazar ilk dəfə uzunmüddətli perspektivdə belə yüksək fəallıq nümayiş etdirdi. Onlar Yunanıstana strateji əhəmiyyətli məntəqə kimi baxırlar", - Yunanıstanın "DESFA" operatorunun keçmiş baş direktoru Mariya Rita Qalli bildirib.

Seçilən
12
3
aznews.az

4Mənbələr