AZ

TƏCİLİ: Trampın iqamətgahına SİLAHLI HÜCUM – Ölən var

ABŞ Məxfi Xidmətinin bazar günü verdiyi məlumata görə, silahlı şəxs prezident Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına daxil olmağa çalışarkən güllələnərək öldürülüb.

Musavat.com AP agentliyinə istinadən xəbər verir ki, hadisə 22 fevralda saat təxminən 01:30-da baş verib.

Agentlik bildirir ki, Tramp həftəsonlarını tez-tez iqamətgahında keçirsə də, hadisə baş verən zaman Ağ Evdə olub. Birinci xanım Melaniya Tramp da şənbə axşamı Ağ Evdə prezidentlə birlikdə olub.

Məxfi Xidmətin məlumatına görə, hücum edən şəxs “Mar-a-Lago kompleksinin şimal qapısı yaxınlığında ov tüfəngi və yanacaq bidonuna bənzər əşya ilə” müşahidə olunub. Onun 20 yaşında olduğu deyilir, amma şəxsiyyəti açıqlanmayıb.

Hadisəyə cavab olaraq ABŞ Məxfi Xidmətinin agentləri və şerif müavini onunla əlaqə saxlayıb, lakin qarşıdurma yaranıb və hüquq-mühafizə əməkdaşları atəş açıb. Xidmətin zabitləri arasında xəsarət alan olmayıb.

Seçilən
16
26
editor.az

10Mənbələr