AZ

“Rəşad Sadıqova kinimiz də Zirədəki oyundan qalıb” – tovuzlular ondan nə istəyir?

Ölkə çempionatın 21-ci turunun açılış qarşılaşması - “Turan Tovuz” - “Zirə” oyunu boyunca tovuzlu azarkeşlər “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovu təzyiq altında saxladı, onun ünvanınatəxribat xarakterli şüarlar səsləndirdi.

“Football-plus.az”a çatan məlumata görə, “Zirə”nin çalışdırıcısı azarkeşlərin davranışı ilə bağlı “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevə də şikayət edib.

Bəs “Ultras Turan” niyə belə etdi? Azarkeş qrupunun rəhbəri Kamal Saqqayev bunun səbəbini açıqladı:

“Birinci dövrədəki “Zirə” - “Turan Tovuz” oyununda hakimin rəqib futbolçuya göstərilən qırmızı vərəqəni sarı ilə dəyişməsi bizim üçün siqnal oldu. Hakimlərin Rəşaddan çəkindiyi aşkar görünürdü. İncikliyimiz dünənki oyunda partlayış oldu. Biz öz haqqımızı istəyirik. Güclü qalib gəlsin, hakim heç kimin haqqına girməsin. Rəşad Sadıqova kinimiz də Zirədəki oyundan qalıb. Onu nə təhqir etmişik, nə də tənqid”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
15
1
football-plus.az

2Mənbələr