AZ

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

ABŞ növbəti 48 saat ərzində İranın nüvə sazişi ilə bağlı ətraflı təklif alarsa, fevralın 27-də Cenevrədə İranla daha bir danışıqlar raundunu keçirməyə hazırdır.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən yazıb.

Bildirilir ki, bu, ABŞ-İsrail hərbi əməliyyatları başlamazdan əvvəl İrana verilən son şansdır və Tramp administrasiyası İranın təklifini gözləyir.

Məlumatda bildirilir ki, Tramp administrasiyası və İran tam nüvə sazişi razılaşdırılmadan əvvəl müvəqqəti razılaşma ehtimalını da müzakirə edə bilərlər.

Seçilən
5
4
azerbaijan-news.az

7Mənbələr