AZ

Kazemiro və Messi komanda yoldaşı olacaq?

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını ABŞ-da davam etdirməyi ciddi şəkildə nəzərdən keçirir.

QOL.az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, təcrübəli braziliyalı bu yay keçiriləcək dünya çempionatından sonra "inter Mayami"yə qoşulmaq variantını araşdırmaq üçün bu yaxınlarda Floridaya səfər edib. 

Təcrübəli yarımmüdafiəçi MLS-i karyerasının növbəti mərhələsi üçün əsas hədəf hesab edir. Bildirilir ki, Devid Bekhemin sahibi olduğu klub yarımmüdafiə xəttini gücləndirmək üçün Kazemironu transfer siyahısının ilk pilləsinə yerləşdirib. 

Əfsanəvi Serxio Busketsin rəsmən təqaüdə çıxdığını elan etməsindən sonra Mayami təmsilçisi mərkəzdə onun boşluğunu doldura biləcək yeni oyunçu axtarışındadır.

Bir neçə Amerika klubunun marağına baxmayaraq Mayami klubu Kazemiro üçün ən cəlbedici variant kimi görünür. Bekhemin rəhbərliyi altında dünya ulduzları ilə eyni komandada çıxış etmək perspektivi danışıqlarda həlledici faktor ola bilər. Rəsmi danışıqların DÇ-2026 başa çatdıqdan dərhal sonra sürətlənəcəyi gözlənilir.

Qeyd edək ki, 33 yaşlı braziliyalı bu mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 25 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
23
teleqraf.com

1Mənbələr