AZ

“NZS”də 2 aydır partlayan su boru xətti niyə təmir edilmir?VİDEO

Su borusu 2 aydır partlayıb, içməli su küçəyə axır

Xezerxeber.az xəbər verir ki, görüntülər NZS qəsəbəsi, Corat küçəsindəndir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bir müddət öncə problemi həll etmək üçün gələn qurum əməkdaşları qəza olan yeri qazıb sonra da çıxıb gediblər

Sakinlər deyir ki, aidiyyəti qurumun qaynar xəttinə dəfələrlə müraciət etsələr də problem hələ də həllini tapmır.

İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, yaxın zamanda qəza briqadası əraziyə baxış keçirəcək və lazımı tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
1
xezerxeber.az

2Mənbələr