AZ

Ülviyyə Fətəliyeva: Azərbaycan çempionatı hər il keçirilən ən nüfuzlu və önəmli yarışlardan biridir

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan çempionatı hər il keçirilən ən nüfuzlu və önəmli yarışlardan biridir. Bu turnirə hazırlaşmaq, burada iştirak etmək həm şəxsi, həm də psixoloji baxımdan kifayət qədər gərgin və məsuliyyətli bir prosesdir. Bu dövr bizim üçün həm stressli, həm də həyəcanlı keçir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ilk dəfə şahmat üzrə Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva deyib.

Son illərdə Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu və çox güclü rəqabət mühitinin formalaşdığını bildirən şahmatçı əlavə edib: "Bu, bizi çox sevindirir, çünki güclü rəqabət inkişaf üçün böyük fürsətdir. Yarışın ildən-ilə daha çətin keçməsi bizim üçün bir mərhələdir və biz də bu mərhələni uğurla keçməyə çalışırıq. İlin əvvəlindəyik və ümid edirəm ki, ilin sonuna qədər bu yüksək temp və yaxşı nəticələr davam edəcək. Əsas məqsədimiz əlimizdən gələni edərək ölkəmizi layiqincə təmsil etməkdir. İnanıram ki, düzgün hazırlıq və inam olduqda, yaxşı nəticələr də qaçılmaz olacaq".

Seçilən
17
1
azertag.az

2Mənbələr