AZ

İran öz qərarını verdi: "ABŞ bilir"

İran uranın zənginləşdirilməsindən imtina etməyəcək və Amerika tərəfi bu barədə məlumatlandırılıb.Metbuat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CBS News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, uranın zənginləşdirilməsindən imtina Tehran üçün qəbuledilməzdir.

"Mən amerikalıları məlumatlandırmışam ki, sıfır zənginləşdirmə bizim üçün məqbul variant deyil. Biz zənginləşdirmədən imtina etməyəcəyik", - Əraqçi bildirib.

Seçilən
36
metbuat.az

1Mənbələr