AZ

ABŞ və İran rəsmilərinin Cenevrə görüşü fevralın 26-na gözlənir

Vaşinqton, 22 fevral, AZƏRTAC

ABŞ və İran danışıqçılarının fevralın 26-də Cenevrədə İranın nüvə sazişi ilə bağlı təklifini müzakirə etmək üçün görüşməsi gözlənilir.

AZƏRTAC “Axios”a istinadla xəbər verir ki, Tramp administrasiyası təklifi aprelin 25-nə qədər almağı gözləyir. İranın xarici işlər naziri Abbas Əraqçi CBS-in "Face the Nation" verilişinə bildirib ki, cümə axşamı günü Cenevrədə ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşməyi planlaşdırır. Diplomat deyib ki, o, hələ də təklif üzərində işləyir və Tehrandakı siyasi rəhbərlik hələ onu imzalamayıb.

Əraqçı təklifin Cenevrədə müzakirə olunacağına və hər iki tərəfin sürətli razılaşma əldə etmək üçün mətn üzərində işləyəcəyinə inandığını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
8
2
azertag.az

3Mənbələr