AZ

Tovuzda 35 yaşlı qadın siçan dərmanından zəhərləndi

Tovuzda qadın dərmandan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mülkülü kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü C.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, 35 yaşlı qadın siçan dərmanından zəhərlənib. Qadının hansı səbəbdən zəhərlənməsi məlum deyil. Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
36
14
unikal.az

10Mənbələr