AZ

Münhen hava limanında sərnişinlər qar səbəbindən təyyarədə gecələyib

Bakı. Trend:

Güclü qar yağışı səbəbindən təxminən 500 sərnişin Münhen havalimanında təyyarələrdə gecələmək məcburiyyətində qalıb.

Trend xəbər verirki, bu barədə "DPA" məlumat yayıb.

Cümə axşamı axşamı planlaşdırılan reyslər güclü qar yağmasısəbəbindən ləğv edilib. Bütün sərnişinlər artıq təyyarədə olub vəuçuşa hazır vəziyyətdə idilər.

Münhen Hava Limanıdan verilən məlumata görə, avtobusların və boşdayanacaq yerlərinin olmaması səbəbindən sərnişinlər terminalaqayıda bilməyiblər. Nəticədə sərnişinlər və heyət təyyarədən düşəbilməyib və gecəni göyərtədə keçirməyə məcbur olublar.

Seçilən
28
az.trend.az

1Mənbələr