AZ

İranın Yol və Şəhərsalma naziri Bakıya gəldi (FOTO)

Bakı. Trend:

İranın Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq Bakıyagəlib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindənməlumat verilib.

İran İslam Respublikasının Yol və Şəhərsalma naziri xanımFərzanə Sadiq, İran İslam Respublikası ilə Azərbaycan Respublikasıarasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ciiclasında iştirak etmək məqsədilə, nazirliklərin, iqtisadiqurumların və ölkəmizin özəl sektorunun nümayəndələrindən ibarətnümayəndə heyətinə rəhbərlik edərək Bakıya səfər etmişdir.

Xanım Sadiq Bakıya gəlişi zamanı Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, eləcə də İranİslam Respublikasının Azərbaycandakı səfiri tərəfindənqarşılanmışdır.

Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasındaiştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəlisiyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlərkeçirəcəkdir.

Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcudvəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrinaradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəniəməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrinicrasının sürətləndirilməsi məsələləri daxildir.

İranın
İranın
Seçilən
21
4
az.trend.az

10Mənbələr