AZ

Ayxan Abbasov: “Kubokda iddialıyıq”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXI turunun “İmişli” – “Şamaxı” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çətin oyun olacağını bilirdik. Futbolçular çox əziyyət çəkdi. Oyunun gedişatına baxanda tərəflər üçün bir xal yaxşı oldu. Sevindirici haldır ki, iki oyundur, qol buraxmırıq. Bundan öncə ucuz qollar buraxmışıq. Bu dəfə yaxşı alındı. Dövrənin bitməsinə bir oyun qalıb və sonrasında kritik dönəm başlayır. Çalışacağıq ki, hazır olaq.

– “Şamaxı” demək olar, liqada yerini qoruyub. Futbolçuları son dövrədə nə ilə motivasiya edəcəksiniz?

– Önəm verdiyimiz məsələ bu olacaq. İlin əvvəlində futbolçulardan istəyim olmuşdu ki, hamı karyerasını göz önünə gətirsin və bu dəfə pikə çatmağa çalışsın. Məsələn, ötən mövsüm 7 qol vurubsa, bu il 9 olsun. Oyun sayları artsın. Futbolçular karyeralarının yaxşı dönəmlərindədi. Kubokda iddialıyıq. Yolumuza davam etməliyik. Bilirik, çətin olacaq, amma ilk oyun ümid verir. Yuxarı pillələrlə xal fərqimiz var, amma hər şey mümkündür. Futbolçularım istəklidir.

– Motivasiyanı kuboka yönəltmək olar?

– Məncə, şansımız var. İnanmasaq, deməli, bu işi etməyək. Bu gün Azərbaycan çempionatı çox maraqlı keçir. Kubokda ilk “altılıq”da olmayan komandaların şansları var. Bizim də, “Qəbələ”nin də… Məncə, maraqlı olacaq. İstərdim ki, “beşlik”də olmayan komandalardan kubokda irəliləyən olsun.

– Bütün ölkənin narazı olduğu arenadan sizin də narazılığınız var?

– Nəsə danışmağın yeri yoxdur, hər şey deyilib. Sevindirici oldu ki, bir məsələni biz həll etdik. Sən demə, qapılar 11 sm hündür imiş, bu gün bizim vəsilə ilə bu da standartlarla uyğun oldu.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
futbolpress.az

1Mənbələr