AZ

Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarını bağlı elan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Veronada keçirilən bağlanış mərasimində çıxışı zamanı bildirib.

Koventri çıxışında Qış Olimpiya Oyunlarının rəsmi olaraq başa çatdığını elan edib və ənənəyə uyğun olaraq dünyanın hər yerindən gəncləri dörd ildən sonra Fransanın Alp dağlarında keçiriləcək XXVI Qış Olimpiya Oyunlarına toplaşmağa çağırıb. O, 2030-cu ildə yenidən görüşəcəklərini bildirib.

Qeyd edək ki, İtaliyadakı Qış Olimpiya Oyunları fevralın 22-də başa çatıb. Medal sıralamasında Norveç yığması 18 qızıl, 12 gümüş və 11 bürünc medalla birinci olub. İkinci yeri ABŞ komandası (12 qızıl, 12 gümüş, 9 bürünc), üçüncü yeri isə Niderland yığması (10 qızıl, 7 gümüş, 3 bürünc) tutub.

2030-cu il Qış Olimpiya Oyunları fevralın 1-dən 17-dək keçiriləcək.

Seçilən
18
teleqraf.com

1Mənbələr