AZ

XXV Qış Olimpiya Oyunları başa çatıb

Bakı, 23 fevral, AZƏRTAC

İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tarixdə ilk dəfə böyük idman mərasiminin bağlanış mərasimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan tikilidə keçirilib. Mərasim müxtəlif maraqlı çıxışlarla yadda qalıb.

Mərasimin sonunda olimpiya bayrağı tədbirə 2030-cu ildə ev sahibliyi edəcək Fransaya ötürülüb.

Olimpiadada medal sayına görə ilk yerdə Norveç qərarlaşıb. Sonrakı yerləri ABŞ və Niderland bölüşür.

Seçilən
15
5
azertag.az

8Mənbələr