AZ

Samir Ağazadə yeni vəzifəyə təyin olundu

Azərbaycan Respublikası Maliyyə Nazirliyində təyinat olub.

Valyuta.az-ın məlumatına görə, Samir Ağazadə Daxili audit rəhbəri təyin edilib.

Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsini də icra edir. S.Ağazadə bundan əvvəl 2024-2026-cı illərdə “Azərşəkər” MMC-də daxili audit departamentinin rəhbəri, 2022-2025-ci illərdə “AFB Bank” ASC-də, 2023-2025-ci illərdə isə “AZSIĞORTA” ASC-də audit komitəsinin üzvü, 2018-2019-cu illərdə “Bank VTB (Azerbaijan)”da risklərin təhlili və hesabatlılıq metodologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (“UNEC”) beynəlxalq biznes ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə maliyyə ixtisası üzrə Biznesin idarə edilməsi magistr (MBA) təhsili alıb.

Qeyd edək ki, o, rus və ingilis dillərini bilir.

DOĞRU.AZ

Seçilən
23
1
dogru.az

2Mənbələr