AZ

Türkiyə prezidentinin baş müşaviri: Müğənni Hadise ölkənin beynəlxalq nüfuzuna zərər vurur

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə prezidentinin baş müşaviri Oktay Saral müğənni Hadisenin UNICEF üçün hazırladığı videoda ölkənin adının Qəzza və Sudan kimi "yardıma ehtiyacı olan" bölgələr sırasında göstərməsinə sərt reaksiya verib.

Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Oktay Saral bu barədə sosial şəbəkə hesabında paylaşım edərək Hadisenin UNICEF kampaniyası çərçivəsində səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.

O.Saral bildirib ki, Hadisenin Türkiyəni Qəzza və Sudanla eyni cümlədə "yardıma möhtac ölkə" kimi təqdim etməsi doğru yanaşma deyil. Onun sözlərinə görə, Türkiyə özü böhranlı bölgələrə yardım edir və bu cür ifadələr reallığı əks etdirmir.

Baş müşavir qeyd edib ki, Türkiyəni müharibə və aclıqla mübarizə aparan ölkələrlə eyni kateqoriyaya salmaq ölkənin beynəlxalq nüfuzuna zərər vurur.

Qeyd edək ki, Hadise UNICEF üçün hazırladığı Ramazan kampaniyası videosunda həmrəylik mövzusuna toxunub. Müğənni videoda "Türkiyədən Qəzzaya, Sudandan Afrikaya, uşaqlar iftar süfrəsində ümidə ehtiyac duyur" ifadələrini işlədərək izləyiciləri yardım etməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
oxu.az

1Mənbələr