AZ

Kim Çen In yenidən Koreya Əmək Partiyasının Baş katibi seçilib

Kim Çen In yenidən Koreya Əmək Partiyasının Baş katibi seçilib

Pxenyan şəhərində keçirilən Koreya Əmək Partiyasının (KƏP) IX qurultayında nümayəndələr ölkə lideri Kim Çen Inın yenidən partiyanın Baş katibi vəzifəsinə seçilməsinə səs veriblər. AFN.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Agentliyin məlumatında qeyd olunur ki, dövlətin və xalqın başında duraraq sosializm işini qələbəyə aparan KƏP rəhbərinin seçilməsi partiyanın rəhbər qüvvəsinin, Vətənin və xalqın gələcəyinin asılı olduğu ən mühüm məsələdir. Qurultay yoldaş Kim Çen Inın partiyanın ali postuna yenidən seçilməsi barədə təklifi tam dəstəkləyib və bəyənib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakim partiyasının IX qurultayı fevralın 19-da Pxenyanda öz işinə başlayıb. Tədbirdə partiyanın səkkizinci çağırış mərkəzi rəhbər orqanının 224 üzvü və bütün partiya təşkilatlarından seçilmiş 4 776 nümayəndə olmaqla, ümumilikdə 5 min nəfər iştirak edir.

Qurultayın işində həmçinin 2 min müşahidəçi iştirak edir. Qurultay çərçivəsində ölkənin növbəti illər üçün iqtisadi inkişaf planı və hərbi strategiyasının da müzakirə ediləcəyi gözlənilir.

Seçilən
4
3
afn.az

4Mənbələr