“Ölkənin ödəniş sistemində fəaliyyət göstərən bütün platformalara ciddi nəzarət olmalıdır. Prinsip etibarilə Mərkəzi Bank bunu edir, amma bu sahədə ölkəmizdə kifayət qədər tənzimləyici mexanizmlər yoxdur. Ona görə də narazılıqlar baş verir”.
Bu sözləri Pravda.az-a hüquqşünas Əkrəm Həsənov son günlər "m10"la bağlı təhlükəsizlik məsələlərinin narahatlıq yaratmasından danışarkən deyib.
Hüquqşünas deyib ki, ödəniş sistemi ilə bağlı problem bütövlükdə maliyyə sisteminə ciddi problemlər gətirə bilər: “Ödəniş sistemləri vasitəsilə çirkli pulların yuyulması kimi hallar ola bilər. "m10"da sahəyə nəzarət edən şəxslərin xarici vətəndaş olmalarına etiraz edirlər. Bunun nə dəxli var ki, yerli, ya xarici vətəndaş idarə edir? Nəzarət varsa, məncə, problem olmamalıdır. Əsas budur ki, şirkətlərin fəaliyyətinə ciddi nəzarət edilsin, belə şeylər baş verməsin”.
Aytəkin Qardaşova