AZ

Gözəl görünüşün gizli təhlükələri

Bəzi dəb seçimləri orqanizmə mənfi təsir göstərə bilər.

 

Pravda.az elə geyim növlərindən bir neçəsini təqdim edir:

 

Sivri burunlu ayaqqabılar ayaq barmaqlarını sıxaraq deformasiyaya, ağrıya və sinir zədələnməsinə səbəb ola bilər.

 

Ölçüdən böyük ayaqqabılar yeriş formasını pozaraq ayaq, diz və bel nahiyəsində problemlər yarada bilər.

 

Şəffaf plastik ayaqqabılar hava keçirmədiyi üçün göbələk və bakterial infeksiya riskini artırır.

 

Düz və nazik altlıqlı balet tipli ayaqqabılar ayağa yetərli dəstək vermədiyindən bel və diz ağrılarına gətirib çıxara bilər.

 

Ağır və iri sırğalar qulaq seyvanının dartılmasına və zamanla formasının pozulmasına səbəb ola bilər.

 

Həddindən artıq sıx korsetlər daxili orqanlara təzyiq göstərərək keyimə və qan dövranı problemləri yarada bilər.

 

Dar geyimlər qan dövranını zəiflədərək həzm və dəri problemlərinə yol aça bilər.

 

Yüksək belli, çox dar şalvarlar qarın nahiyəsinə təzyiq göstərərək reflü və bel ağrısını gücləndirə bilər.

 

Qeyd: Bu cür geyim və aksesuarlar qısa müddətdə estetik görünüş yaratsa da, onların davamlı və uzun müddət istifadəsi sağlamlıq baxımından risklidir. Rahatlıq və sağlamlıq meyarları dəb seçimlərində əsas prioritet olmalıdır.

 

Əminə Bayramova

Tarix: 23 Fevral 2026, 08:33   
Seçilən
53
pravda.az

1Mənbələr