AZ

Yeməkdən dərhal sonra bu səhvi etməyin -Həkimdən XƏBƏRDARLIQ

Yeməkdən sonra azı yarım saat uzanmamaq tövsiyə olunur. Çünki üfüqi vəziyyətdə mədədə ifraz olunan turşu qida ilə birlikdə qida borusuna (ezofaqa) geri qayıda və sağlamlığa zərər verə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt, qastroenteroloq və nutrisoloq Maqomedtaqir İbraqimov aif.ru-ya danışıb

Həkimin sözlərinə görə, yeməkdən sonra 30–60 dəqiqə ərzində uzanmaq məsləhət deyil. Əks halda mədədə yaranan turşu və qidanın bir hissəsi yenidən qida borusuna atıla bilər. Bu isə qida borusunda iltihab, ağızda acılıq, turş dad və ürəkbulanma kimi xoşagəlməz əlamətlərə səbəb olur.

Mütəxəssis əlavə edib ki, turşunun mədədən qida borusuna keçməsinin qarşısını almaq üçün yatarkən baş nahiyəsini bir qədər hündür saxlamaq tövsiyə olunur. Bunun üçün hündür yastıqdan istifadə etmək faydalıdır.

Aytəkin TOFİQQIZI

Seçilən
14
redaktor.az

1Mənbələr