AZ

NATO “Dynamic Manta-2026” dəniz təlimlərinə başlayır

Bakı. Trend:

Fevralın 23-dən martın 6-na qədər Şimali Atlantika Alyansına üzvölkələrin bölmələri hər il keçirilən “Dynamic Manta-2026” dəniztəlimlərini icra edəcəklər.

Trend-inməlumatına görə, manevrlər Aralıq dənizinin mərkəzi hissəsində,İtaliyanın ərazi sularında keçiriləcək.

Təlimlər çərçivəsində sualtı qayıqlara qarşı müdafiətapşırıqları yerinə yetiriləcək. Xüsusilə sualtı qayıqların aşkaredilməsi və izlənilməsi üzrə taktiki manevrlər icra olunacaq.

Bundan əlavə, təlimlər aviasiya və dəniz qüvvələrininfəaliyyətlərinin koordinasiyasını, kəşfiyyat məlumatlarınınmübadiləsini, eləcə də dərin sularda və sahilyanı əməliyyatlarşəraitində birgə planlaşdırmanı əhatə edir.

Qeyd edək ki, bu cür tədbirlər hər il NATO-nun sualtı müharibəüzrə əsas çoxmillətli təlimlərindən biri kimi təşkil olunur.

Seçilən
12
3
az.trend.az

4Mənbələr