AZ

Şəmkirdə 36 yaşlı kişinin meyiti TAPILDI

Şəmkirdə yol kənarında kişi meyiti tapılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbaslı kəndi ərazisində qeydə alınıb. 

Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elçin Qurbanovun meyiti aşkar edilib. 
 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri olmayıb.


Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
20
9
bizim.media

10Mənbələr